SAÇIN BİR HİSSƏSİNİ QIRXIB BİR HİSSƏSİNİ SAXLAMAQ CAİZDİRMİ?

0

İbn Ömər (r.a) belə dedi:

Peyğəmbər (s.ə.s) saçın bir hissəsinin taraş edilib digər hissəsinin edilməməsini qadağan etdi.

Allah Rəsulu (s.ə.s) bir uşağın saçının bir hissəsinin taraş edilib digər qisminin olduğu kimi qaldığını görüncə dərhal belə buyurdu:

“Ya hamısını təraş edin, ya da olduğu kimi saxlayın!” (Əbu Davud, Tərəccül 14)

Saç kəsdirməklə əlaqəli hədislər, Peyğəmbərimizin bu mövzuya münasibətini ortaya qoymaq sürətiylə bizə yol göstərir.

Birinci hədis Peyğəmbərimizin, (s.ə.s) uşaqların saçını səmadakı buludlar kimi yer-yer taraş etməyi qadağan etdiyini göstərir. Bu qadağaya saçın çox hissəsini təraş edib alnın üstündəki pərçəm deyilən hissənin saxlanılması da daxildir.

İkinci hədisdə də Peyğəmbər əfəndimizin yenicə taraş edilmiş bir uşağı görüncə ata-anasına, “Ya hamısını taraş edin, ya da olduğu kimi saxlayın” deyərək tövsiyə verdiyini görürük.

Yarımçıq taraş o dövrdə müşrik və fasiqlərə xas olduğu üçün qadağan edilmişdir. Günümüzdə də başqa mədəniyyətlərin geyim tərzi dəb olduğu üçün təqib edilməməlidir. Hər mədəniyyətin özünəməxsus geyim tərzinin olması çox təbii haldır.

Digər tərəfdən uşaq və gənclərin yuxarıda qeyd edildiyi kimi yarımçıq taraşlı olmaları ailə üçün töhmət vəsiləsi olabiləcəyindən övladlarını belə töhmətlərdən qorumaqları lazımdır.

Riyazüs Salihin, Erkam Yayınları

 
SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YUXUNUN İSLAM DİNİNDƏ YERİ

Yuxu, insan yarandığı gündən bəri onun təbiətində mövcud olmuşdur. Ta qədimdən bəri insanlar gördükləri yuxuların izahını tapmağa çalışmış və bunun...

Bağla