“15 MART İSLAMAFOBİYAYA QARŞI BEYNLXALQ HƏMRƏYLİK GÜNÜ OLSUN”

0

İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Yeni Zelandiyanın Kraytsçerç şəhərində 2019-cu il martın 15-də onlarla günahsız müsəlmanın qətlə yetirildiyi terror hadisəsinin il dönümündə bəyanat yayıb.

İƏT, 15 mart tarixinin “İslam düşmənçiliyinə qarşı beynəlxalq həmrəylik günü” elan edilməsi üçün BMT və digər beynəlxalq təşkilatlara müraciət edib.

BMT İnsan Hüquqları Ali Şurasıl və Avropa Şurası İnsan Hüquqları Komisarlığına ünvanlanan müraciətdə, dini nifrət, düşmənçilik və zorakılıq hallarına nəzarət olunması üçün müşahidə missiyasının qurulması tələb edilib.  

Bəyanatda, dəhşətli terror hadisəsinin pislənməsi və qurbanların ailələri ilə həmrəylik içində olunması istənib.

Xatırladaq ki, Yeni Zelandiyanın Kraytsçerç şəhərində 2019-cu il martın 15-də “Nur” və “Linvud” məscidlərində baş vermiş terror hücumu vaxtı ibadət edən 51 nəfər şəhid olmuş, 49 nəfər isə yaralanmışdı.

Hadisəni törədən avstraliyalı Brenton Harrison Tarrant 2020-ci ilin avqust ayında vaxtından əvvəl azadlığa çıxmaq hüququndan məhrum olunmaqla ömürlük həbs cəzasına məhkum edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RƏSULULLAHIN (S.Ə.S) RAMAZAN AYINDAN SONRA ƏN ÇOX ORUC TUTDUĞU AY

İnsanların əllərində fürsət olduğu halda qəflətdə keçirtdikləri bir çox vaxtlar və zamanlar vardır. Halbuki, Rəsulullahın (s.ə.s) sünnəsində bu vaxtlarda edilən...

Bağla