20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR ŞƏHİDLƏR XİYABANINDA HAZIRLIQLAR BAŞLAYIB

0

20 yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanında hazırlıq işləri aparılır. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları budanıb, qazon örtüyü yenilənib, yeni güllər əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub.

Bu barədə BŞİH-in Mətbuat Xidmətindən məlumat verilib.

Xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ORTA MƏKTƏBLƏRDƏ TARİX FƏNNİ ÜZRƏ “QƏLƏBƏ DƏRSLƏRİ” TƏDRİS EDİLİR

Təhsil Nazirliyi tərəfindən "Qələbə dərsləri" silsiləsindən mövzuların təqdimatı davam edir. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, budəfəki mövzular...

Bağla