2030-CU ILDƏ İKİ DƏFƏ RAMAZAN AYI OLACAQ

0

“2030-cu ildə iki dəfə ramazan ayı olacaq və müsəlmanlar eyni il daxilində iki dəfə ramazan orucu tutacaqlar.”

Bu barədə Səudiyyə Ərəbistanından olan astronom Dr. Xalid Zakak sosial şəbəkədəki şəxsi hesabında məlumat paylaşıb.

Bu barədə video hazırlayan Dr. Zakak burada qəribə bir şey olmadığını, bunun 33 ildən bir təkrar etdiyini qeyd edib.

“2030-cu ildə bir ildə 2 ramazan orucu tutacağıq. Bu, hicri yox, miladi ildə olacaq. Belə bir hal 1965 və 1997-ci illərdə də olmuşdu. 2030 və 2063-cü illərdə də təkrarlanacaq.” – deyə alim bildirib.

Dr. Zakak 2030-cu ildə 36 gün ramazan orucu tutulacağını bildirib.

Hicri 1451-ci ilin ramazan ayı 2030-cu il yanvarın 5-də, hicri 1452-ci ilin ramazan ayı isə eyni il dekabrın 26-da başlayacaq. Buna görə 30 günü 1451-ci il, 6 günü 1452-ci ilə aid olmaqla 2030-da 36 gün ramazan orucu tutulacaqş” – deyə Zakak qeyd edib.

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏKKƏDƏ SÜNİ İNTELLEKT ZƏVVARLARA YARDIM EDİR – VİDEO

Müsəlmanların qibləgahı Kəbəi-Şərifin yerləşdiyi Məscidi-Haramda süni intellekt vasitəsilə ziyarətçi zəvvarlara yardım göstərilir. Bu barədə məlumat və görüntülər Harameyn (İki müqəddəs...

Bağla