250 MİN MÜSƏLMAN QƏDR GECƏSİNİ MƏSCİDİ-ƏQSADA QEYD ETDİ – VİDEO

0

Çox sayda fələstinli və əcnəbi müsəlman, ramazan ayının 27-ci gecəsi olan Qədr gecəsini əhya etmək üçün ötən gecə Məscidi-Əqsada toplaşıblar.

Bu barədə açıqlama yayan Qüds İslami vəqflər komitəsi, Məscidi-Əqsaya gələn müsəlman sayının təqribən 250 min olduğunu bildirib.  

Məscidi-Əqsada açılan yer süfrələrində iftar edən müsəlmanlar, namaz, Quran tilavvəti və s. ibadətlərlə Qədr gecəsini idrak etməyə çalışıblar.

Həmçinin müqəddəs ramazanın son günlərini etiqafla keçirmək istəyən çox sayda müsəlman Məscidi-Əqsanın həyətində çadırlar qurublar.

Qeyd edək ki, İsrail polisi avtomobillərin girişinə izn vermədiyi üçün müsəlmanlar nəzarət-buraxılış məntəqələrindən Məscidi-Əqsaya piyada getməli olublar.

İordan çayının qərb sahilindən olan çox sayda fələstinli isə ümumiyyətlə Qüds şəhərinə buraxılmayıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Azərbaycanlı qardaşlarımızı çiyin-çiyinə, vahid yumruqla dəstəkləməyə davam edirik”

“Azərbaycanlı qardaşlarımızı çiyin-çiyinə, vahid yumruqla dəstəkləməyə davam edirik”. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. "Egey, Aralıq dənizində, Kiprdə,...

Bağla