Gəncə şəhərində “Mənəvi dəyərlər” həftəsi başlayır

0

Noyabrın 16-19-da Gəncə şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Mənəvi dəyərlər” həftəsi keçiriləcək.

Layihənin məqsədi dini sahədə təhsil alan gənclərin dünyəvi düşüncə tərzini, Azərbaycançılıq məfkurəsinə, milli-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və mədəni irsimizə bağlılığını, eləcə də milli kimlik şüurunu gücləndirməkdir.

Proqram çərçivəsində Gəncə Dövlət Universitetində “Mənəvi dəyərlər” günü təşkil olunacaq. Müvafiq dövlət qurumlarının nümayəndələrinin, ali təhsil müəssisələrinin rəhbər və pedaqoji heyətinin, eləcə də tələbələrin qatılacağı tədbirdə universitetin və Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri mövzuya dair mühazirələrlə çıxış edəcək, müzakirələr aparılacaq.

Həftə ərzində Gəncənin zəngin tarixi və dini-mədəni irsinin tanıdılması məqsədilə şəhərdəki tarixi abidələrə və dini məkanlara ekskursiyalar nəzərdə tutulur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir: "Fələstin Dövlətinin milli bayramı...

Bağla