5 ÖLKƏDƏN ORTAQ BƏYANAT: “TÜRKİYƏ İLƏ FƏXR EDİRİK”

0

Ötən gün Türkiyə “Türksat5A” adlı beşinci nəsil peykini orbitə göndərib.

Başda “Türk Dilində Danışan Ölkələr Əməkdaşlıq Şurası”na (Türk Şurası) üzv olan ölkələr olmaqla bir çox dövlət bu münasibətlə Türkiyəni təbrik edib.

Bu barədə “Türk Şurası”nın sosial şəbəkədəki səhifəsində məlumat yayılıb.

“Türk şurasının təsisçi ölkəsi Türkiyə, Türksat5A telekommunikasiya peykini ABŞ-ın Florida əyalətindən fəzaya göndərib. Türk şurası olaraq Türkiyəni təbrik edir, üzv ölkəmizin elmi-texniki nəaliyyətləri ilə fəxr edirik.” – deyə Şuranın Twitter səhifəsində qeyd edilib.

Resim

Qeyd edək ki, ötən gün səhərə yaxın “Cape Canaveral” bazasından orbitə göndərilən “Türksat5A” Türkiyənin kosmosdakı 7-ci fəal peykidir.

Türksat5A-nın orbitdə 31 dərəcə şərq istiqamətindəki mövqeyinə 4 ayda çatması və bu ilin II rübündə fəaliyyətə başlaması planlaşdırılır.

Türkiye'nin 7'nci uydusu uzayda

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏBƏNİN ƏTRAFINDA OLAN HÜNDÜR BİNALAR NƏDƏN XƏBƏR VERİR?

Tabiindən Ata əl-Amiri (ra) belə rəvayət edir: Bir gün Abdullah bin Amrın (ra) atının yüyənini tutmuşdum. Bu vaxt dedi: “Bu...

Bağla