50 Müsəlmanın Qatili İlə Bağlı Qərar

0

Yeni Zelandiyanın Kraystçerç şəhərində terakt törətməklə 50 nəfərin ölümündə ittiham olunan Brenton Tarrant psixoloji sağlamlıq testindən keçiriləcək.

Bu barədə Tarrantın işi üzrə aparılan məhkəmə prosesinin ikinci iclasında qərar qəbul edilib.

Məhkəməyə hakim Kameron Mander rəhbərlik edib. Məhkəmə heyəti Tarrantın qərara etiraz etmək haqqına sahib olmadığını qeyd edib.

28 yaşlı Avstraliya vətəndaşı Tarrant məhkəmə prosesinə video bağlantı vasitəsilə qoşulub.

Qeyd edək ki, Tarrant 50 nəfərin qətlində və 39 nəfəri öldürməyə cəhd göstərməkdə ittiham olunur. Cinayətkar həbsxanada təkadamlıq kamerada saxlanılır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AFİNADA İBADƏTƏ İCAZƏ VERİLƏN İLK MƏSCİD AÇILACAQ

Yunanıstanın paytaxtı Afinada ibadətə icazə verilən ilk məscid aprelin sonunda açılacaq.

Bağla