571 NƏFƏR QURANI ƏZBƏRLƏYİB HAFİZ OLDU – FOTO

0

Türkiyənin Rize şəhərində 571 şagird Qurani-Kərimi başdan sona qədər əzbərləyərək Hafiz adına layiq görülüb.

Rize “2 Mart” idman zalında keçirilən mərasim Quran tilavəti və mehtər şousu ilə başlayıb.

Mərasimdə Rize valisi Kamal Çeber, bələdiyyə sədri Rəhmi Mətin Konya müftisi Naci Çakmakçı və din xadimləri ilə şagirdlərin valideynləri iştirak ediblər.

Mərasimin sonunda 571 nəfərə hafizlik icazətnaməsi verilib.

Qeyd edək ki, hafizlərin sayı olan 571 rəqəmi, peyğəmbərimiz Həzrəti Muhammədin (ﷺ) miladi tarixdə dünyaya gəldiyi ili göstərir.

hafiz2-003.jpg

hafiz1-003.jpg

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BELÇİKADA, MƏHKƏMƏDƏ HİCAB QADAĞASI LƏĞV EDİLDİ

Belçikada qanunda edilən dəyişiklik ilə məhkəmə zallarında hicab geyinilməsini yasaqlayan qanun maddəsi ləğv edilib. Qeyd edək ki, 2018-ci ildə hicabını...

Bağla