6 MÜSƏLMANI ÖLDÜRƏN QATİLİN VALİDEYİNLƏRİ MƏSCİDƏ MƏKTUB YAZIB

0

Keçən il Kanadanın Kvebek şəhərində məscidə silahla hücum edərək 6 mömini qətlə yetirən cinayətkarın valideynləri məscidə məktub yazıb. Övladlarının əməlinə görə utandıqlarını qeyd edən Mannon Marçand və Raymond Bissonette bunun açıqlanması və bağışlanması mümkün olmayan bir hadisə olduğunu bildiriblər.

Baş verənlərə baxmayaraq onun övladları olduğunu yazan valideynlər, onun böyük, faydalı bir insan olmasını istədiklərini, amma işlərin planlaşdırıldığı kimi getmədiyini deyiblər. Bu hadisədən sonra oğullarını itirdiklərini yazan valideynlər məscidin imam və camaatından üzr istəyib. Ailə, Aleksandre Bissonettinin səhv ideologiyaların qurbanı olduğunu deyən məscid imamı Hassan Quilletə təşəkkürlərini bildiriblər.

Quillet isə bu təşəkkürə cavab verərək məktub yazan ailəni salamlayıb. Məscidin qapılarının həmin ailəyə daim açıq olacağını deyən imam, onları qonaq etdiyi üçün məmnun qalacağını qeyd edib.

Məlumata görə, martın 26-da başlayacaq məhkəmə prosesində Aleksandre Bissonettenin ömürlük həbs tələbi ilə mühakimə edilməsi gözlənilir.  

Xəbər: Şirəli MƏMMƏDOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FAİZSİZ BANKÇILIQ VƏ ONUN ÜSTÜNLÜKLƏRİ

Qeyd edək ki, Faizsiz maliyyə daha çox “Faizsiz Bankçılıq” (interest-free banking) kimi xarakterizə olunur. İlk dəfə olaraq da bu sistem...

Bağla