80 YAŞLI QOCA HAFİZLİK İMTAHANINA GİRDİ

0

Türkiyənin rəsmi dini qurumu “Diyanet”in ölkədə təşkil etdiyi 2021-ci il III rüb Hafizliyin müəyyən edilməsi imtahanında 80 yaşlı Konya sakini də iştirak edib. 1941 təvəllüdlü pensiyada olan din xadimi Mustafa Atabey ən böyük arzusunun Hafizlik sertfikatı almaq olduğunu deyib.  

“Konyanın Karapınar rayonunda 18 yaşımda ikən Əhməd Əli Özcan Geredeli hocanın rəhbərliyi ilə Quranı əzbərləyərək Hafiz oldum. Amma Hafizlik sertfikatı almamışdım. 1993-cü ildə pensiyaya çıxana qədər din xadimi kimi xidmət etmişəm. Ən böyük arzumu reallaşdırmaq üçün bu imtahanda iştirak etmişəm.” – deyə Mustafa Atabey bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞUŞADA MİLLİ MUSİQİ GÜNÜ KEÇİRİLİR

Bu gün işğaldan azad ediləndən sonra Şuşa şəhərində ilk dəfə Milli Musiqi günü keçirilir. "Report"un Şuşaya ezam olunan əməkdaşı məlumat...

Bağla