KANADADA MƏSCİDƏ HÜCUM EDƏN ŞƏXS ÖMÜRLÜK AZADLIQDAN MƏHRUM EDİLİB

0

2017-ci ildə Kanadanın Kvebek-Siti şəhərində məsciddə 6 nəfərin ölümü ilə nəticələnən terror aktının 29 yaşlı icraçısı Aleksandr Bissonnett ömürlük həbs cəzasına məhkum edilib.

Din.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, kişi ən azı 35 il həbsxanada cəza çəkdikdən sonra təcili qaydada şərti azadlığa çıxmaq üçün ərizə ilə müraciət edə bilər.

Bissonnett 29 yanvar 2017-ci il tarixində Kvebek-Siti məscidinə gələnlərə atəş açıb. Nəticədə 6 nəfər ölüb, 19-u yaralanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Heyvanlara Şəfqət – Onun İzində

Bağla