YUNANISTANIN BAŞ YEPİSKOPU İSLAM DİNİNİ TƏHQİR ETDİ

0

Yunanıstanın baş yepiskopu İerominos iştirak etdiyi televiziya proqramında İslam dinini və müsəlmanları təhqir edib.

Xristian din xadimi “Open TV” kanalında Yunanıstanın istiqlaliyyət müharibəsi barədə verilişdə İslamın bir din olmadığını iddia edib.

“İslamiyyət dir din deyil, siyasi partiyadır. Onun mənsublaı da bu partiyanın tərəfdarlarıdır. Müsəlmanlar müharibə tərəfdarlarıdır. Bu İslamiyyətin xüsusiyyətidir. Muhammədin (ﷺ) təlimləri də bunu təlqin edir.” – deyə İeronimos bildirib.   

Başda Türkiyənin Xarici İşlər Nazirliyi və “Diyanet” işləri başqanlığı olmaqla müxtəlif dərnəklər və QHT-lər yepiskopun bu sözlərini kəskin etirazla qarşılayıblar və bu barədə bəyanat yayıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURANİ-KƏRİMDƏ MƏSCİDLƏR

 “مَسْجِد / Məscid” sözü ərəb dilindəki “əyilib alnı yerə qoymaq, səcdə etmək” mənalarına gələn “سَجَدَ / səcədə” feilindən düzələn və...

Bağla