HƏCC ZİYARƏTİNƏ SƏNƏD QƏBULUNUN MÜDDƏTİ UZADILIB

0

Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti aprelin ortalarına kimi uzadılıb.

Bunu Apa-nın sorğusuna cavab olaraq Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.

Qeyd edilib ki, QMİ 2025-ci ildə Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri müəyyən edib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Tələb olunan sənədlər:

  1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
  2. Şəxsiyyət vəsiqəsinin surəti;
  3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
  4. Sağlamlıq haqqında arayış.

Sənədlərin qəbulu 21 yanvar 2025-ci ildən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RAMAZAN AYINDA MİLYONLARLA ZƏVVAR ÜMRƏ EDİB

Səudiyyə Ərəbistanı Ramazan ayında çox sayda müsəlmanın Məkkədəki Məscidül-Haramı və Mədinədə Məscid-i Nəbəvini ziyarət etdiyini açıqlayıb. Səudiyyə Ərəbistanının rəsmi xəbər...

Bağla