Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti aprelin ortalarına kimi uzadılıb.
Bunu Apa-nın sorğusuna cavab olaraq Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.
Qeyd edilib ki, QMİ 2025-ci ildə Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri müəyyən edib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.
Tələb olunan sənədlər:
- Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
- Sağlamlıq haqqında arayış.
Sənədlərin qəbulu 21 yanvar 2025-ci ildən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir.



