TÜRKİYƏDƏ AZƏRBAYCANIN SİLAHLI QÜVVƏLƏR GÜNÜ QEYD EDİLİB

0

Türkiyənin paytaxtı Ankarada “Qazi Ordu Evi”ndə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü qeyd olunub

“Report”un Türkiyə bürosunun məlumatına görə, təntənəli qəbul mərasimi Azərbaycanın Türkiyədəki Səfirliyi və onun nəzdində fəaliyyət göstərən Hərbi Attaşelik Aparatının təşkili ilə baş tutub.

Tədbirdə Türkiyənin milli müdafiə naziri general Yaşar Gülər, habelə bu ölkənin Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, xarici ölkələrin Ankaradakı səfirliklərinin hərbi attaşeləri və beynəlxalq təşkilatların rəsmiləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Azərbaycanın bu ölkədəki hərbi attaşesi, general-mayor Zaur Zeynalov çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlığın sarsılmazlığından danışıb, 44 günlük Vətən Müharibəsində və antiterror əməliyyatında iştirak edənlərin qəhrəmanlıqlarından bəhs edib. Bu əməliyyatlar nəticəsində ölkəmizin bütövlüyü və suverenliyinin bərpa olunduğunu bildirib.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər iki qardaş ölkə arasında birlik və həmrəyliyin vacibliyini vurğulayıb.

Tədbir çərçivəsində Azərbaycanın Milli Ordu Günü ilə bağlı fotosərgi də təşkil olunub.

Qala-qəbul konsert proqramı ilə davam edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PAYLAŞMAQ XOŞBƏXT EDİR!

Bir şamla minlərlə şamı yandırmaq olar və şamın ömrü qısalmaz. Paylaşmaq da elədir. Paylaşmaqla  xoşbəxtlik heç vaxt azalmır... İnsan sosial...

Bağla