FHN KÜLƏKLİ HAVA ŞƏRAİTİ İLƏ ƏLAQƏDAR MÜRACİƏT EDİB

0

Fövqəladə Hallar Nazirliyi (FHN) bəzi ərazilərdə gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 10-da ölkə ərazisində bəzi yerlərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.

Bunu nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Unutmayın, qaydalara biganəlik – həyatımıza təhlükədir!”

FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ankarada Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilir

Türkiyənin Ankara şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilir. "Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə...

Bağla