Azərbaycanda yağıntılı hava müşahidə olunur

0

Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 7-si saat 9:00-a olan məlumatında qeyd olunub.

Bakıda və Abşeron yarımadasında 9 mm yağıntı qeydə alınıb ki, bu da aylıq normanın 32%-ni təşkil edir.

Respublikanın rayonlarına düşən yağıntının miqdarı: Astarada 14, Yardımlı, Şirvanda 12, Lənkəran, Neftçalada 10, Lerikdə 9, Zaqatala, Sabirabad, Şahbuz, Şəki, Balakən, Qobustan, Ordubad, Gədəbəy, Tovuz, Daşkəsən, Quba, Qax, İmişli, Naxçıvan, Şərur, Culfa, Sədərək, Göygöl, Şəmkir, İsmayıllı, Oğuz, Şamaxı, Qusar, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Biləsuvar, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndidə 1-7 mm qeydə alınır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakıda itkin düşmüş şəxslər probleminin həllinə dair beynəlxalq konfrans keçirilir

Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə "Bakı Dialoqu"...

Bağla