Fələstinin HƏMAS hərəkatı bazar günü 12 oktyabrdan bazar ertəsi – 13 oktyabr saat 6:00-dək (Bakı vaxtı ilə saat 7:00-da) bütün girovları İsrailə təhvil verməlidir.
“Report” xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsi üçün mərhələli planı özündə əks etdirən sənədə istinadən məlumat yayıb.
Telekanal sənədin əsas məqamlarına istinad edərək, HƏMAS-ın bütün girovları bazar günü və bazar ertəsi səhər saat 6:00 arasında istənilən vaxt təhvil verəcəyini bildirib. Qeyd olunur ki, girovların qaytarılması prosesi Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əlaqələndiriləcək.