“Azərbaycandan dünyaya açılan enerji xətləri qlobal enerjinin sabitliyində mühüm rol oynayır”

0

Azərbaycandan dünya bazarlarına açılan enerji xətləri qlobal enerji sabitliyinin təminatında mühüm rol oynayır.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın “Beynəlxalq Kəşfiyyat Araşdırmaları Konqresi”nin açılışında deyib.

İbrahim Kalının sözlərinə görə, türk dünyası bu gün dünyanın üzləşdiyi ən fundamental problemlərdən biri olan enerji təhlükəsizliyində ciddi zəmanətçiyə çevrilib.

O bildirib ki, Türk dünyası enerji təhlükəsizliyində ən mühüm əsas oyunçulardan birinə çevrilib: “Bu gün Qazaxıstandan Türkmənistana, Azərbaycandan Türkiyəyə, Avropaya və dünya bazarlarına açılan Yaxın Şərq enerji xətləri və bazarları qlobal enerji sabitliyinin təmin edilməsində əsas rollardan birini oynayır”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Zeki Aktürk: Türkiyə Qəzzada sülhün təmin edilməsində iştiraka hazırdır

Türkiyə hərbçiləri Qəzza zolağında sülhün təmin edilməsi üzrə istənilən tapşırıqda iştirak etməyə hazırdırlar. "Report"un "Hürriyet"ə istinadən məlumatına görə, bunu Türkiyənin...

Bağla