REKTOR: QARABAĞ AZƏRBAYCAN MƏNƏVİYYATININ MƏRKƏZLƏRİNDƏN BİRİDİR

0

Qarabağ Azərbaycan mənəviyyatının mərkəzlərindən biridir.

Bunu “Report”un Xankəndiyə ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov deyib.

O, gənclərə milli-mənəvi dəyərlərin aşılanmasının hər zaman aktual olduğunu vurğulayıb:

“Mənəvi dəyərlər” həftəsinin qeyd olunmasının əsas məqsədlərindən biri Qarabağın Azərbaycan mənəviyyatındakı əhəmiyyətini tələbələrə izah etməkdir. Həqiqətən, Qarabağ Azərbaycan mənəviyyatının mərkəzlərindən biridir və böyük Zəfərimiz onun bu statusunu daha gücləndirib.

Bir daha qeyd edirəm ki, əsas məqsədimiz gənclərin milli-mənəvi dəyərlər şüurunu daha da möhkəmləndirməkdir. Çalışırıq ki, gənclərimiz dünyada mənəvi dəyərlərimizin təbliğatçısına çevrilsinlər. Təqdir olunası haldır ki, bu gün ölkədə milli-mənəvi dəyərlərə böyük önəm verən gənclik yetişib”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ sədri ABŞ-ni Azərbaycanı din azadlığının vəziyyətinə görə Xüsusi Müşahidə Siyahısından çıxarmağa çağırıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ABŞ-ni Azərbaycanı din azadlığının vəziyyətinə görə Xüsusi Müşahidə Siyahısından çıxarmağa çağırıb. QMİ sədri...

Bağla