Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan “Türkəsilli əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə yerinə yetirə bilmələri, dövlət və ya özəl qurum, təşkilat və ya iş yerlərində çalışa bilmələri” haqqında Qanunun tətbiqi haqqında əsasnamədə dəyişiklik edilməsinə dair Qərar imzalayıb.
Bu barədə “Resmi Gazete” məlumat yayıb.
Bildirilib ki, yeni qərara əsasən, türkəsilli əcnəbilərin işləmə və ya işlədilməsinə icazə verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən yaşayış icazəsi, bu peşəni icra etməsində təhlükəsizlik baxımından hər hansı bir maneənin olmaması, xarici ölkələrdən alınmış sertifikatların ekvivalentliyinin müvafiq qurumlar tərəfindən təsdiqlənməsi, Prezident qərarı ilə müəyyən edilmiş Türk soylu icmadan olmaq lazımdır.