Knesset İordan çayının Qərb sahilinin ilhaqı ilə bağlı layihəni ilk oxunuşda qəbul edib

0

İsrail parlamenti (Knesset) ölkə qanunvericiliyinin İordan çayının Qərb sahilinə şamil edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Baş nazir Benyamin Netanyahunun “Likud” partiyası təşəbbüsü dəstəkləməyib. Parlament üzvlərinin təklif etdiyi qanun layihəsi çox az səs fərqi (25/24) ilə qəbul edilib.

Layihə üçüncü oxunuşda qəbul edildikdən sonra qüvvəyə minəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr keçiriləcək

Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Azərbaycana səfər edəcək. "Report"un əldə etdiyi məlumata görə, nazir müavini Bakıya oktyabrın 27-si...

Bağla