Yaşar Gülər azərbaycanlı və gürcüstanlı həmkarı ilə təyyarə qəzasını müzakirə edib

0

Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında telefon danışığı baş tutub.

“Report” xəbər verir ki, bu barədə “Milliyət” məlumat yayıb.

“Milli müdafiə naziri Yaşar Gülər ​​Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəmizin qalıqlarının axtarışı və xilasetmə işləri ilə bağlı Gürcüstanın müdafiə naziri İrakli Çikovani, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Azərbaycanın Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə telefonla danışıb”, – məlumatda bildirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan təyyarə qəzasının nəticələrinin aradan qaldırılması üçün lazımi dəstəyi göstərməyə hazırdır

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidana zəng vurub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib....

Bağla