Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında telefon danışığı baş tutub.
“Report” xəbər verir ki, bu barədə “Milliyət” məlumat yayıb.
“Milli müdafiə naziri Yaşar Gülər Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəmizin qalıqlarının axtarışı və xilasetmə işləri ilə bağlı Gürcüstanın müdafiə naziri İrakli Çikovani, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Azərbaycanın Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə telefonla danışıb”, – məlumatda bildirilib.



