Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli təyyarədə şəhid olan Türkiyənin 20 hərbçisinin nəşləri Ankaranın Məhkəmə Tibbi Ekspertiza Şöbəsinə aparılıb.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, Tbilisidən Ankaraya gətirilən şəhidlərin cənazələri ilkin tibbi ekspertiza və şəxsiyyətin dəqiqləşdirilməsi məqsədilə tibb mərkəzinə təhvil verilib.
Müvafiq prosedurlar tamamlandıqdan sonra sabah şəhidlərlə vida və dəfn mərasimi keçiriləcək.



