Bakıda Şimali Kiprin müstəqilliyinin 42-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib

0

Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyinin 42-ci ildönümü münasibətilə noyabrın 13-də Bakıda tədbir təşkil edilib.

“Report” xəbər verir ki, tədbirdə əvvəlcə Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin, eləcə də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində şəhid olmuş hərbçilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın Dövlət Himni və İstiqlal Marşı səsləndirilib.

Daha sonra çıxış edən Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer xalqımızı və qəhrəman Azərbaycan Ordusunu 5 il əvvəl qazanılmış Qarabağ Zəfəri münasibətilə təbrik edib.

Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev bildirib ki, Kipr türkü sülh və əmin-amanlıq yolunda müstəqillik mübarizəsini qətiyyətlə davam etdirir.

Çıxışlardan sonra tədbir ziyafətlə davam edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakıda TDT ölkələrinin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçiriləcək

Bakıda ilk dəfə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçiriləcək. "Report" xəbər verir ki, bu barədə Qeyri-Hökumət...

Bağla