Cevdet Yılmaz: Türkiyə Venesuela xalqının yanında olmağa davam edəcək

0

Türkiyə Respublikası olaraq Venesuela böhranında hüququn, milli iradəyə hörmətin və Venesuela xalqının yanında olmağa davam edəcəyik.

“Report” xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən həbs olunaraq ölkədən çıxarılmasına münasibət bildirən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “X” sosial şəbəkəsində yazıb.

O bildirib ki, beynəlxalq hüquqa hörmətlə yanaşan Türkiyə Venesuela xalqının yanında olacaq. “Bütün tərəflərlə dialoq içində sabitliyi müdafiə etməyə davam edəcəyik”, – C. Yılmaz bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan ilə Məhəmməd bin Salman Somali, Yəmən və Qəzzanı müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığı aparıb. "Report" xəbər verir ki, bu barədə...

Bağla