Türkiyənin KARGU və ALPAGU PUA-ları Avropaya ixrac ediləcək

0

Türkiyənin “KARGU” və “ALPAGU” hücum PUA-ları Avropaya ixrac olunacaq.

“Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, adıçəkilən döyüş dronları NATO və Avropa İttifaqına (Aİ) üzv ölkələrə göndəriləcək.

“İnnovativ həllər yalnız məhsulun təhvili ilə məhdudlaşdırmır, inteqrasiya, proqram təminatı və birgə iş modeli də beynəlxalq istifadəçilərin xidmətinə veriləcək” , – məlumatda qeyd olunub.

“KARGU” və “ALPAGU”nun Avropaya ixracı ilə bağlı ilk sazişin imzalandığı da vurğulanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SURIYADA ILK DƏFƏ KÜRD DILI DÖVLƏT DILI KIMI TANINIB

Suriya Prezidenti Əhməd əl-Şaraa kürdlərin hüquqlarını qoruyan fərman imzalayıb. Orada kürdlərin Suriya cəmiyyətinin ayrılmaz hissəsi olduğu və ölkə tarixində ilk...

Bağla