Konya 2026-cı il İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı seçildi

0

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən hər il müəyyən edilən “Gənclər Paytaxtı” adı 2026-cı il üçün Konyaya verildi.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayxan seçimlə bağlı açıqlamasında Konyanın 2026-cı ilin ilk İcraiyyə Şurasının iclasında səsvermə yolu ilə seçildiyini bildirdi.

“İranın Təbriz, Özbəkistanın Daşkənd və Türkiyənin Konya şəhərləri namizəd idi. Səsvermənin nəticəsi olaraq Konyanı 2026-cı il İslam Gənclər Paytaxtı elan etdik. Arzu edirəm ki, bu, uğurlu olsun.” – deyə Ayxan bildirib.

2015-ci ildən bəri hər il İƏT üzv ölkələrindən bir şəhər seçən İƏT Gənclər Paytaxtı proqramı, İslam dünyası və müsəlman azlıqlarından olan gənclər arasında həmrəyliyi, mədəni qarşılıqlı əlaqəni və ortaq bir vizyonu gücləndirməyi hədəfləyir. Proqram çərçivəsində seminarlar, konfranslar, mədəni və bədii tədbirlər və sosial fəaliyyətlər təşkil olunur.

İlk dəfə 2025-ci ildə Mərakeşin Mərakeş şəhərində keçirilən proqram əvvəllər Şuşa (Azərbaycan), Kazan (Tatarıstan-RF), Dəkkə (Banqladeş) və Doha (Qətər) kimi şəhərlərdə təşkil olunmuş və minlərlə gənci bir araya gətirmişdir. Təbriz (İran), Daşkənd (Özbəkistan) və Konya (Türkiyə) 2026-cı il üçün namizəd göstərilmişdir. İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İcraiyyə Şurasının səsverməsindən sonra Konya şəhəri zəngin tarixi, mədəni irsi və sivilizasiyalararası dialoqa verdiyi töhfələr nəzərə alınaraq 2026-cı il İƏT Gənclər Paytaxtı elan edilmişdir. Konyanın 2026-cı il ərzində İslam dünyasından minlərlə gənci çoxsaylı beynəlxalq tədbirlərlə qəbul etməsi gözlənilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyənin KARGU və ALPAGU PUA-ları Avropaya ixrac ediləcək

Türkiyənin "KARGU" və "ALPAGU" hücum PUA-ları Avropaya ixrac olunacaq. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Bildirilib ki,...

Bağla