Bakı metrosu sabah gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

0

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar sabah “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, anım tədbirinin keçiriləcəyi “20 Yanvar”, eləcə də Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri tətbiq olunacaq. Qatarların hərəkət qrafiki dəyişdiriləcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.

Saat 12:00-da bütün metro stansiyalarında qatarların hərəkəti dayandırılacaq və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKIYƏ XİN SURIYADAKI ATƏŞKƏSLƏ BAĞLI BƏYANAT YAYIB

Ümid edirik ki, Suriyada atəşkəs və tam inteqrasiya sazişi ərazi bütövlüyü və birliyə əsaslanan sabitliyə doğru səyləri effektiv şəkildə irəlilədəcək....

Bağla