Vaşinqton sazişi Cənubi Qafqazda 30 ildən artıq davam edən müharibə və qanlı dövrə son qoydu

0

Azərbaycan və Ermənistan arasında ötən ilin 8 avqustunda Vaşinqtonda əldə olunmuş tarixi saziş Cənubi Qafqazda otuz ildən artıq davam edən müharibə və qanlı dövrə son qoydu.

“Reportun İsveçrəyə ezam olunan müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda paneldə deyib.

Onun sözlərinə görə, bu sülh sazişinin unikal cəhəti ondan ibarətdir ki, o, sonuncu qanlı toqquşmadan (2023-cü il antiterror əməliyyatı – red.) cəmi iki ildən az müddət sonra razılaşdırılıb və paraflanıb.

“Bu, açıq şəkildə göstərir ki, hər iki tərəfin güclü siyasi iradəsi və sülhə sadiqliyi olduğu halda barışıq nisbətən qısa müddətdə mümkündür”, – dövlət başçısı vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan xalqı 20 Yanvar gecəsində dünyaya zülmə təslim olmayacağını göstərdi

Azərbaycan xalqı 20 Yanvar gecəsində bütün dünyaya zülmə təslim olmayacağını və müstəqillik iradəsindən heç vaxt əl çəkməyəcəyini göstərdi. "Report" xəbər verir...

Bağla