QMİ: Həcc ziyarəti ilə bağlı kvotanın 60 faizdən çoxu tamanlanır

0

Həcc ziyarəti ilə bağlı kvotanın 60 faizdən çoxu tamamlanmaq üzrədir.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

“Vətəndaşlardan xahiş edirik ki, təyin olunmuş vaxt bitməmiş, yerlər tamamlanmamış qeydiyyata alınsınlar”, – Vüsal Cahangiri bildirib.

Qeyd edək ki, Həcc ziyarət paketinin qiyməti bir nəfər üçün 6100 ABŞ dollarıdır. Sənəd qəbulu üçün son tarix 2026-cı ilin fevralın 15-i müəyyən edilib.

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZI DAĞLIQ VƏ DAĞƏTƏYI RAYONLARDA YOLLAR BUZ BAĞLAYACAQ

Bakıda və Abşeron yarımadasında yanvarın 23-də gecə və səhər bəzi şəhərətrafı ərazilərdə yolların buz bağlama ehtimalı var. Bu barədə Milli...

Bağla