Azərbaycan və Türkiyə dəmir yolları Anlaşma Memorandumu imzalayıb

0

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Türkiyə Dövlət Dəmir Yolları (TCDD) arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, sənədi ADY-nin sədri Rövşən Rüstəmovla TCDD İdarə Heyətinin sədri və baş direktoru Veysi Kurt imzalayıb. Memorandumda məqsəd dəmir yolu sektorunda əməkdaşlığın inkişaf etdirilməsidir.

Sənədə əsasən, infrastrukturun inkişafı, hərəkətin idarə edilməsi, birgə innovativ həllərin tətbiqi, kadr hazırlığı, eləcə də məlumat mübadiləsi üzrə əməkdaşlıq həyata keçiriləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZI RAYONLARDA GÜCLÜ KÜLƏK ƏSƏCƏK, QAR YAĞACAQ

Azərbaycanın bəzi rayonlarında hava şəraitinin yanvarın 28-i axşamdan 29-u gündüzədək arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya...

Bağla