Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi ölüb

0

Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunun Samanköy ərazisində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi ölüb.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qəza yerinə çoxsaylı yanğınsöndürmə, təcili tibbi yardım və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları cəlb olunub.

Ərazidə baş verən kiçikmiqyaslı yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hazırda qəzanın baş verdiyi ərazidə hüquq-mühafizə orqanlarının və hərbi qurumların nümayəndələri tərəfindən araşdırma aparılır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
 Azərbaycandakı 2500-ə yaxın məscidin təxminən 1000-də din xadimi yoxdur

Azərbaycanda mövcud olan 2500-ə yaxın məscidin təxminən 1000-də din xadimi fəaliyyət göstərmir. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin...

Bağla