QMİ SƏDRİ ƏBU-DABİYƏ SƏFƏR EDİB

0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfərə yola düşüb.

Bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, səfər Birləşmiş Ərəb Əmirliklərinin Şeyx Zayed Fondunun təsis etdiyi “Zayed İnsan Qardaşlığı Mükafatı” Təşkilatının Baş katibi Məhəmməd Əbdülsəlamın dəvəti ilə baş tutur.

QMİ sədri Şeyx Zayed Fondunun 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimində iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GÜNƏŞDƏ GÜCLÜ PARTLAYIŞ QEYDƏ ALINIB

Günəşdə ən yüksək səviyyəli partlayış qeydə alınıb. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun...

Bağla