Bəzi rayonlara yağış yağır, güclü külək əsir

0

Azərbaycanın bəzi rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 3-ü saat 10:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 4, Şahbuz və Sədərəkdə 3, Kişçayda (Şəki) 2, Naxçıvan, Şərurda, Gədəbəy, Şəmkir, Balakən, Zaqatala, Şahdağ və Oğuzda 1 mm-dir.

Hazırda bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Kəlbəcərdə 25, Şahdağda 20, Qobustanda 18, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 10, Aran rayonlarında 16, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 5-də Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarından olan vətəndaşları qəbul...

Bağla