Kahramanmaraşın “Azərbaycan” məhəlləsində mədəniyyət mərkəzinin tikintisi bir ilə tamamlanacaq

0

Kahramanmaraşın “Azərbaycan” yaşayış məhəlləsində yerləşən mədəniyyət mərkəzinin tikinti işlərinin bir il ərzində tamamlanması nəzərdə tutulub.

“Report”un Türkiyə bürosunun Kahramanmaraşa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycanın Kahramanmaraşda tikinti-bərpa işlərinin icraçı qurumu qismində iştirak edən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Aparat rəhbəri Fərman Qurbanlı bildirib.

Onun sözlərinə görə, layihənin icrası keçən ilin dekabrında təsdiqlənib və icrasına başlanılacaq:

“Mədəniyyət mərkəzində Türkiyə tərəfinin təklifi ilə Azərbaycanın bütün bölgələrindən mədəniyyət nümunələrinin əks olunması nəzərdə tutulub”.

Qeyd edək ki, 2025-ci ilin 19 iyununda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsində mədəniyyət mərkəzinin onlayn formatda təməlini qoyublar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanda bəzi bölgələrə yağış, əksər ərazilərə isə qar yağıb

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub, bəzi bölgələrə yağış, əksər ərazilərə isə qar yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin...

Bağla