Məkkə sazişi Türkiyədə təsdiqlənib

0

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan “Birgə Müdafiə üzrə Məkkə Sazişi”nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, saziş Türkiyənin “Resmi Gazete”sində dərc edilib.

“7 avqustda Məkkədə imzalanan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Krallığı arasında Məkkə sazişinin təsdiqlənməsinin məqsədəuyğun hesab edildiyi bildirilib. Dərc edildiyi andan etibarən qüvvəyə minən qanunun müddəalarını Prezident icra edəcək”, – məlumatda deyilir.

Qeyd edək ki, Məkkə sazişi üç ölkə arasında müdafiə sahəsində əməkdaşlığın hüquqi əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanda 22 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, cənub-qərb küləyi əsəcək. Bu barədə...

Bağla