Azərbaycan və Türkiyə elektron imzaları qarşılıqlı tanımağa texniki baxımdan hazırdır

0

Azərbaycan və Türkiyə arasında elektron imzaların qarşılıqlı tanınması və rəqəmsal sənəd dövriyyəsinin inteqrasiyası texniki baxımdan artıq tamamlanıb.

“Report xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən “Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü” forumunda bildirib.

Onun sözlərinə görə, lektron imzaların qarşılıqlı tanınması üzrə bütün texniki proseslər və test mərhələləri yekunlaşıb: “Hazırda prosesin tam hüquqi qüvvəyə minməsi üçün müvafiq normativ-hüquqi bazanın birgə işlənməsi istiqamətində işlər aparılır. Ümid edirik ki, yaxın zamanda bu mərhələ də başa çatacaq”.

Nazir müavini qeyd edib ki, Azərbaycan rəqəmsal transformasiyanı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edib və bu istiqamətdə genişmiqyaslı islahatlar həyata keçirilir.

Onun sözlərinə görə, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində artıq ölkənin bütün kəndlərində genişzolaqlı internetə çıxış təmin olunub.

Məmmədov vurğulayıb ki, ötən il Azərbaycan iqtisadiyyatının rəqəmsal inkişaf konsepsiyası təsdiqlənib və sənəd vətəndaşlar, biznes və dövlət üçün vahid rəqəmsal yanaşmanı formalaşdırır: “Konsepsiya çərçivəsində dövlət xidmətlərinin rəqəmsallaşdırılması, biznes üçün inzibati yükün azaldılması və xidmətlərin əlçatanlığının artırılması əsas hədəflər sırasındadır”.

O əlavə edib ki, Azərbaycanın kağızsız hökumətə keçidi artıq tamamlanıb: “Bu, hər il təxminən 5 700 ağacın kəsilməsinin qarşısını almağa imkan verir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BƏZİ BÖLGƏLƏRƏ QAR YAĞIR

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Əksər ərazilərə yağış, bəzi bölgələrə isə qar yağır. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən...

Bağla