Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib

0

Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu barədə qərar Özbəkistanının Daşkənd şəhərində keçirilən İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İslam Dünyası İrs Komitəsinin 13-cü sessiyası çərçivəsində qəbul edilib.

Növbəti mərhələdə nazirlik nominasiyanın ICESCO-nun Əsas Siyahısına daxil edilməsi istiqamətində işlər aparacaq.

Qeyd edək ki, 1977-ci ildən tarix-memarlıq qoruğu elan edilmiş Ordubad şəhəri 24 oktyabr 2001-ci ildə UNESCO-nun Ümumdünya İrsinin İlkin siyahısına daxil edilib.

Ordubad şəhərinin ərazisində yerləşən abidələrin daha yaxşı qorunması, təbliği və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2024-cü il müvafiq sərəncamı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Dini Komitənin çağrı mərkəzi fəaliyyətə başlayıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 8160 nömrəli çağrı mərkəzi yaradılıb. Bu barədə qurumdan məlumat verilib. Bildirilib ki, xidmətin məqsədi...

Bağla