Ceyhun Bayramov Hakan Fidanla İranın Naxçıvana hücumunu müzakirə edib

0

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı İran tərəfindən dünən Türkiyə istiqamətində raket hücumu, bu gün isə Azərbaycana edilən dron hücumu ilə bağlı qəti etiraz bildirilib. Bu kimi hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb.

Bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb.

Naxçıvana olan təyyarə reyslərinin təhlükəsizliyin təmin edilməsi məqsədilə, uçuşların müvəqqəti olaraq İğdır hava limanına təşkil olunacağı telefon danışığında qeyd olunub.

Telefon danışığı zamanı nazirlər iki ölkə arasında strateji müttəfiqlikdən irəli gələn əlaqələndirmə işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Rəsmi Ankara İranın Naxçıvana dron hücumu barədə: Bölgədə müharibənin yayılma riskini artırır

Türkiyə Xarici İşlər Nazirliyi İranın Naxçıvan Muxtar Respublikasına dron hücumu ilə bağlı bəyanat yayıb. "Report" xəbər verir ki, nazirliyin bəyanatında Naxçıvana...

Bağla