Türkiyənin MİT rəhbəri “HƏMAS”ın Siyasi Bürosunun üzvləri ilə görüşüb

0

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda “HƏMAS”ın Siyasi Bürosunun üzvləri ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə “Haber Global”a təhlükəsizlik mənbələri məlumat verib.

Qeyd olunub ki, görüşdə İsrailin Fələstinə qarşı davam edən hücumları və qanun pozuntuları diqqət mərkəzində olub, Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi ilə bağlı ətraflı müzakirə aparılıb.

Bundan əlavə rəsmilər əsasən İsrail tərəfindən hücumların dayandırılmasını və humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, İsrail atəşkəslə bağlı birinci mərhələdə üzərinə götürdüyü öhdəlikləri tam və dərhal yerinə yetirməlidir.

“HƏMAS” nümayəndə heyəti həmçinin Türkiyənin Qəzzada sülhün əldə edilməsi üçün bu günə qədər göstərdiyi səylərə görə Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlıqlarını bildiriblər.

Mənbələr Türkiyənin Qəzzada davamlı sülhə nail olmaq üçün səylərini artırmağa davam edəcəyini vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə və Qətərin baş nazirinin müavini və...

Bağla