Türkiyə İstanbul vilayətinin Başakşehir rayonunda, Şimali Mərmərə Yolunun Fenertepe bölgəsində, polisə aid xidməti avtobus daxil olmaqla, zəncirvari toqquşma baş verib. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə, tibbi və polis qrupları göndərilib.
İlkin məlumata görə qəzada bir polis məmuru həyatını itirib, biri ağır olmaqla 17 nəfər yaralanıb.
Hadisə barədə valilik bəyanat yayıb.
İstanbul Valiliyinin son açıqlamasında polis məmurunun ürək-ağciyər reanimasiyası (ÜA) ilə həyata qaytarıldığı bildirilib. Bəyanatda aşağıdakılar yer alıb:
Şimali Mərmərə Yolunda baş verən yol qəzasında bir polis məmuru həyatını itirib, biri ağır olmaqla 17 nəfər yaralanıb.
Həyatını itirən polis məmuru xəstəxanaya aparılarkən və xəstəxanada uzun müddətli ÜA reanimasiyasından keçib. ÜA reanimasiyasının son mərhələsində polis məmurunun ürəyi yenidən işə salınıb və həmkarımız həyata qaytarılıb.
Qəzada 30 nəfər yaralanıb, onlardan 4-ü ağır vəziyyətdədir. Yaralılar aparıldıqları xəstəxanalarda müalicələrini davam etdirirlər.



