Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən həyata keçirilən “Hər məsciddə kitabxana” layihəsi respublikamızın şimal bölgəsini əhatə edən rayonlarda uğurla davam etdirilib.
Layihə çərçivəsində Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının bir sıra məscidlərinə zəngin kitab kolleksiyaları təqdim olunub. Nəşrlər arasında dini mövzulu kitablarla yanaşı, humanitar sahələrə, o cümlədən fəlsəfəyə, tarixə aid, eləcə də Azərbaycan və dünya klassiklərinin əsərlərindən nümunələr yer alıb.
Qeyd edək ki, təşəbbüsün əsas məqsədi milli-mənəvi dəyərlərin təbliği, xüsusilə gənclər arasında mütaliə mədəniyyətinin inkişaf etdirilməsi, eyni zamanda məscidlərin yalnız ibadət yeri deyil, həmçinin ictimai-mədəni mərkəz kimi fəaliyyət göstərməsinə töhfə verməkdir.
Kitabxanaların qurulduğu və zənginləşdirildiyi məscidlər aşağıdakılardır:
Qobustan rayonu Ərəbşalbaş kəndi “Hacı Gülmalı” məscidi
Qobustan rayonu Ərəbşalbaş kənd məscidi
Qobustan rayonu Təklə kənd məscidi
Qobustan rayonu Nabur kənd məscidi
Qobustan rayonu Hilmilli kənd məscidi
Qobustan rayonu Şıxzahırlı kənd məscidi
Qobustan rayonu Göydərə kənd məscidi
Şamaxı rayonu Adnalı kənd məscidi
Şamaxı rayonu Qaleybuğurd kənd məscidi
Şamaxı rayonu Böyük Xınıslı kənd məscidi
Şamaxı rayonu Dəmirçi kənd məscidi
Şamaxı rayonu Sabir qəsəbə məscidi
Şamaxı rayonu Məlikçobanlı kənd “Cümə” məscidi
Şamaxı rayonu Bağırlı kənd məscidi
Şamaxı rayonu Məlhəm kəndi “Cümə” məscidi
Şamaxı rayonu Qaravəlli kənd məscidi
Şamaxı rayonu Dağ Bağırlı kənd məscidi
Şamaxı rayonu “Pirsaat baba” ziyarət-məscid kompleksi
İsmayıllı rayonu Basqal qəsəbə məscidi
İsmayıllı rayonu Diyallı kənd məscidi
İsmayıllı rayonu Təzəkənd kənd məscidi
İsmayıllı rayonu Talıstan kəndi “Bilal” məscidi
İsmayıllı rayonu Quşencə kənd məscidi
İsmayıllı rayonu Qubaxəlilli kənd məscidi
İsmayıllı rayonu Kürdeldarbəyli kənd məscidi
İsmayıllı rayonu Hacıhətəmli kənd məscidi
Qəbələ şəhəri “Kəndbaşı” məscidi
Qəbələ rayonu Hacıalılı kənd məscidi
Qəbələ rayonu Böyük Əmili kənd məscidi
Qəbələ rayonu Bayramkoxa kənd məscidi
Qəbələ rayonu Nic qəsəbəsi Abdallı məhəllə məscidi
Qəbələ rayonu Bunud kənd məscidi
Qəbələ rayonu Tüntül kənd məscidi
Qəbələ rayonu Zarağan kənd məscidi
Oğuz rayonu Bayan kənd məscidi
Oğuz rayonu Padar kənd “Cümə” məscidi
Oğuz rayonu Tərkeş kənd məscidi
Oğuz rayonu Xaçmaz kənd “Səmədbəy” məscidi
Şəki rayonu Kiş kənd məscidi
Şəki rayonu Oxud kənd məscidi
Şəki rayonu Baş Göynük kənd məscidi
Şəki rayonu Baş Layısqı kənd məscidi
Şəki rayonu Şin kənd məscidi
Şəki rayonu Vərəzət kənd məscidi
Şəki rayonu Aşağı Küngüt kənd məscidi
Şəki rayonu Kiçik Dəhnə kənd məscidi
Qax rayonu İlisu kəndi “Ulu” məscidi
Qax rayonu Ləkit kəndi “Cümə” məscidi
Qax rayonu Qaşqaçay kəndi “Cümə” məscidi
Zaqatala rayonu Yuxarı Tala kənd (2) məscidi
Zaqatala rayonu Mosul kənd məscidi
Zaqatala rayonu Dağlı kənd məscidi
Zaqatala rayonu Lahıc kənd məscidi
Zaqatala rayonu Mazıx kəndi “Cümə” məscidi
Zaqatala rayonu Maqov kənd məscidi
Zaqatala rayonu Paşan kənd məscidi
Zaqatala rayonu Muğanlı kənd məscidi
Balakən rayonu Kortala kənd məscidi
Balakən rayonu Püştətala kənd məscidi
Balakən rayonu Qazma kəndi “Cümə” məscidi



