İrandan Türkiyə ərazisinə atılan ballistik raket zərərsizləşdirilib

0

İrandan atıldığı müəyyən edilən ballistik raket Aralıq dənizinin şərqində zərərsizləşdirilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“İrandan atıldığı müəyyən edilən və Türkiyə hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raket müdafiəsi elementləri tərəfindən zərərsizləşdirilib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, Türkiyə ərazisi və hava məkanına yönələn hər cür təhdidə qarşı lazımi tədbirlər qətiyyətlə və tərəddüdsüz şəkildə görülməkdə, bölgədəki bütün hadisələr diqqətlə izlənilməkdədir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İstanbulda Polis avtobusu qəzaya məruz qalıb, çox sayda yaralı var

Türkiyə İstanbul vilayətinin Başakşehir rayonunda, Şimali Mərmərə Yolunun Fenertepe bölgəsində, polisə aid xidməti avtobus daxil olmaqla, zəncirvari toqquşma baş verib....

Bağla