Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pisləyib

0

İran İslam Respublikasının ərazisindən Türkiyə Respublikasının ərazisinə ballistik raketin buraxılmasını qətiyyətlə pisləyirik.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatında deyilir.

“Qardaş Türkiyə ilə həmrəyliyimizi ifadə edir, onun təhlükəsizliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik”, – deyə məlumatda qeyd olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İrandan Türkiyə ərazisinə atılan ballistik raket zərərsizləşdirilib

İrandan atıldığı müəyyən edilən ballistik raket Aralıq dənizinin şərqində zərərsizləşdirilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat...

Bağla