POLŞALI QONAQ TOLERANTLIQ EVİNİ ZİYARƏT EİIB

0

Azərbaycanda səfərdə olan Polşa Republikasının müftisi,

Polşa Respublikasındakı Müsəlman Dini Birliyinin Ali Müsəlman Şurasının sədri Tomaş Mişkeviç Tolerantlıq Evini ziyarət edib.

Qafqaz Müsəlmanları İdarəsi sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin salam-dualarını qonağa yetirən QMİ sədrinin  birinci müavini Müfti Salman Musayev Tomaş Mişkeviçlə Bakıda yenidən görüşməkdən məmnunluğunu bildirib. Azərbaycanın haqlı mövqeyini daim müdafiə etdiyinə görə Polşalı din xadiminə təşəkkürünü çatdırıb.

Tolerantlıq Evi haqqında qonağa ətraflı məlumat verən Müfti Salman Musayev bildirib ki, bu unikal məkan Azərbaycanın zəngin tolerantlıq dəyərlərini, multikultural irsini özündə əks etdirir. Dinlər arasında qarşılıqlı hörməti, anlaşmanı və harmoniyanı təşviq etməyi qarşısına məqsəd qoyub. 2024-cü il noyabrın 16-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın maddi və mənəvi dəstəyi ilə fəaliyyətə başlayan və müasir dünyamızda birgəyaşayışın simvoluna çevrilən Tolerantlıq Evində səmavi dinlərə aid 400-dən   çox eksponat nümayiş etdirilir. Analoqu olmayan bu məkan dünyanın müxtəlif dövlətlərini təmsil edən rəsmi nümayəndə heyətlərinə, Azərbaycana gələn əcnəbi qonaqlara ölkəmizdəki tolerantlıq mühiti, dinlər və mədəniyyətlər arasındakı mehriban münasibətlər barədə ətraflı məlumat verir.

Polşa Republikasının müftisi, Polşa Respublikasındakı Müsəlman Dini Birliyinin Ali Müsəlman Şurasının sədri Tomaş Mişkeviç xoş qarşılanmaya görə təşəkkürlərini bildirib, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə salamlarını çatdırmağı xahiş edib. Tolerantlıq Evində yaradılan şəraiti yüksək qiymətləndirən qonaq qeyd edib ki, başqa ölkələr də Azərbaycanın bu nümunəsindən bəhrələnə bilərlər.

Qonaq Tolerantlıq Evində ziyarətçilər üçün ayrılan kitaba ürək sözlərini yazıb, təəssüratlarını bölüşüb.

Tədbirdə Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski iştirak edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Müdafiə nazirinin müavini, Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Azərbaycanda səfərdə olan Türkiyənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı...

Bağla