Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

0

Müdafiə nazirinin müavini, Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev Azərbaycanda səfərdə olan Türkiyənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokel ilə hərbi əməkdaşlığı müzakirə edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanın Türkiyə ilə hərbi sahədə əməkdaşlığının cari vəziyyəti və gələcəkdə daha da genişləndirilməsi haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Tərəflər hər iki qardaş ölkənin müvafiq qoşun növü mənsublarının peşəkarlığının, bilik və bacarıqlarının təkmilləşdirməsində birgə, həmçinin beynəlxalq təlimlərin əhəmiyyətini xüsusi vurğulayıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə və Ermənistan Qars-Gümrü dəmir yolu xəttinin işə salınması ilə bağlı iclas keçirib

Qarsda Qars-Gümrü dəmir yolu xəttinin bərpası və istismarı üzrə Türkiyə-Ermənistan birgə işçi qrupunun iclası keçirilib. Bu barədə "Report" Türkiyə və Ermənistan xarici...

Bağla