Qubada “Dini ekstremizmə qarşı mübarizə və müasir çağırışlar” mövzusunda konfrans keçiriləcək

0

Mayın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Quba rayonunda “Dini ekstremizmə qarşı mübarizə və müasir çağırışlar” mövzusunda regional konfrans keçiriləcək.

Tədbirdə Dövlət Komitəsinin və Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrlərinin iştirakı gözlənilir.

Konfransın məqsədi dini ekstremizmin yaranma səbəblərini, onun cəmiyyətə və milli təhlükəsizliyə təsirlərini, müasir dövrdə ortaya çıxan ideoloji və informasiya təhlükələrini, eləcə də gənclərin radikal təsirlərdən qorunması yollarını müzakirə etməkdir. Bununla yanaşı, konfransda maarifləndirmə işinin prioritetləri və metodları ilə bağlı fikir mübadiləsi aparılacaq.

Tədbir çərçivəsində “Sosial media və din”  “Dini ekstremizmi doğuran səbəblər və həll yolları” mövzuları üzrə panel müzakirələr,  eyni zamanda din xadimləri üçün təlimin keçirilməsi nəzərdə tutulur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ötən gün iki zəvvar təyyarəsi Azərbaycandan Həcc ziyarətinə yola düşüb

Ötən gün iki zəvvar təyyarəsi Azərbaycandan Həcc ziyarətinə yola düşüb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və...

Bağla